Ölkə

Axundun qaçırdığı 16 yaşlı qızın ailəsində faciə baş verib: Hadisənin detalları

23 İyun 2025 22:48
Baxış: 1 769
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aşağı Güzdək qəsəbə məscidinin imamı Turab Tahirovun Quran dərslərinə qatılan 16 yaşlı qızı qaçırması ilə bağlı yayılan məlumatlar bir neçə gündür ictimaiyyətin diqqət mərkəzindədir.

Hadisəyə bu dəfə qəsəbə sakinləri münasibət bildiriblər.

Onların sözlərinə görə, baş verənlər cəmiyyətdə ciddi narazılıq yaradıb və din xadiminin bu cür olayla gündəmə gəlməsi insanları narahat edir.

"Guya deyirlər ki, Turab 20 min manat pulu götürüb qaçıb. Bunların hamısı yalandır. Qızın dediyinə görə, ona işgəncə verirdilər, pis vəziyyətdə idi. Turabın anası da ağır xəstədir. Qız da ona qulluq etmək üçün gedib", - deyə sakinlərdən biri bildirib.

Qeyd edək ki, hadisənin baş verdiyi tarix - iyunun 17-dən üç gün sonra qızın nənəsinin vəfat etdiyi bildirilir. Məsələ aidiyyəti qurumlar tərəfindən araşdırılır. (baku.tv)

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.