İran

Xameneinin yerinə varis seçilir - İki namizəd var

23 İyun 2025 22:12
Baxış: 793
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrail və ABŞ-nin təhdidlərindən sonra İranın Ali rəhbəri Əli Xameneinin varisini müəyyən edəcək komissiya öz işini sürətləndirib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yüksəksəviyyəli təhlükəsizlik rəsmisi bildirib ki, Xamenei ailəsi ilə birlikdə gizlənib və İnqilab Keşikçiləri Korpusunun təyinatlı bölməsi tərəfindən qorunur.

Mənbənin məlumatına görə, aparılan müzakirələrdən sonra iki öndə gedən şəxsin namizədliyi irəli sürülüb. Bunlardan biri Xameneinin 56 yaşlı oğlu Müctəba və Xomeyninin nəvəsi Həsəndir.

Qeyd edək ki, Ali lider vəfat edərsə, İran konstitusiyası 88 üzvdən ibarət Ekspertlər Assambleyasının varis seçməsini tələb edir. Xameneinin özü 1989-cu ildə seçiləndən sonra proses yalnız bir dəfə tətbiq edilib.

Xatırladaq ki, bir neçə gün öncə ABŞ Prezidenti Donald Tramp Xameneinin "asan hədəf" olduğunu bildirərək, hələlik onun öldürülməsinə lüzum duymadığını deyib.

İsrailin Baş naziri Benyamin Netanyahu Ali lideri hədəf almağı istisna etməyib və deyib ki, "Onun ölümü münaqişəni sona çatdıracaq".

İsrailin müdafiə naziri İsrael Katz isə bəyan edib ki, Xameneinin İsraildəki xəstəxanaya "vur" əmrindən sonra onun varlığına icazə verilə bilməz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.