Dünya

İranda ölənlər və saxlanılanların sayı bilindi

15 Yanvar 2026 12:15
Baxış: 580
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranda iqtisadi problemlər fonunda başlayan etirazlarda ölənlərin sayı açıqlanıb.

Milli.Az xəbər verir ki, bu barədə İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) məlumat yayıb.

Bildirilib ki, nümayişlər zamanı ölənlərin sayı 2615-ə yüksəlib, 2054 nəfər isə yaralanıb. Bundan əlavə, 18 470 nəfər saxlanılıb.

Qeyd edək ki, İran rəsmiləri etirazlar zamanı ölən və yaralananların sayı ilə bağlı indiyədək rəsmi məlumat yaymayıb. HRANA bir gün əvvəl ölənlərin sayının 2550 olduğunu açıqlamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.