İran

Təbrizdə hərbi vəziyyət elan edildi

15 Yanvar 2026 20:44
Baxış: 604
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Təbrizdə hərbi vəziyyət elan edilib.

Milli.Az xəbər verir ki, yerli sakinlərdən biri "Iran International"a bildirib ki, vətəndaşlara axşam saat 8-dən sonra küçələrə çıxmaq qadağan edilib.

Təbrizin Böyük Bazarı və əsas ərzaq mağazalarının bağlı olduğu bildirilir. Bəzi kiçik mağazalar məhdud saatlarda açıq olsa da, zəruri mallara çıxış məhdud olaraq qalır.

Mənbə iddia edir ki, Təbrizin bütün ərazilərinə, o cümlədən kiçik və ucqar ərazilərə çoxlu sayda hərbi və təhlükəsizlik qüvvələri yerləşdirilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.