Ölkə

“Baku Electronics” haqsız rəqabətə yol verib - Agentlik

16 Yanvar 2026 13:04
Baxış: 363
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən "Baku Electronics" MMC və digər şirkətlər haqqında rəqabət qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Milli.Az xəbər verir ki, bu barədə Teleqraf Dövlət Agentliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, MMC-yə YOSHIRO əmtəə nişanlı televizorların satışı ilə əlaqədar yol verdiyi haqsız rəqabət hallarının aradan qaldırılması və bu hallara təkrar yol verməməsi barədə müvafiq göstəriş verilib.

"Trust lux" MMC-yə "Y.A.Ş." əmtəə nişanlı məhsulların satışı zamanı yol verdiyi haqsız rəqabət hallarının aradan qaldırılması və bu hallara təkrar yol verməməsi barədə müvafiq göstəriş verilib.

Agentlik müvafiq göstərişi eyni zamanda "Master Milk" MMC barədə süd məhsullarının istehsalı və satışı zamanı rəqabət qanunvericiliyini pozduğuna görə verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.