İdman

“Bu il Azərbaycan Premyer Liqasında mübarizə çox maraqlı olacaq”

16 Yanvar 2026 09:31
Baxış: 303
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Rumıniya II Liqasında mübarizə aparan "Konkordiya"da məşqçiyəm. A kateqoriyalı lisenziyanı bitirmək üzrəyəm və yayda Pro kateqoriyası üçün başlayacağam".

Milli.Az xəbər verir ki, bu sözləri "Zirə"nin sabiq futbolçusu Adrian Skarlatake "Futbolpress.az"a açıqlamasında bildirdi. Mütəxəssis Azərbaycan Premyer Liqasının oyunlarını izlədiyini qeyd etdi və çempionatla bağlı fikirlərini bölüşdü:

"Vaxt olduqca oyunları, daha sonra icmalları izləyirəm. Bir çox komandanın matçlarına baxmışam. "Sabah" yaxşı nəticə göstərir və bu, sürpriz deyil. Onların gördükləri müəyyən işlər var. "Qarabağ"la çempionluq yarışındadır. Sabiq klubum "Zirə" isə stabil kollektivdir və hər il, "üçlük"də olurlar. Düşünürəm ki, bu il Azərbaycan Premyer Liqasında mübarizə çox maraqlı olacaq və çempionatı yaxından izləyəcəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.