Maraqlı

"Supermen" təmizlikçi zibili havada tutub, sürücüyə qaytardı - "Bir daha atma!" - VİDEO

23 İyun 2025 18:00
Baxış: 518
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Çorum şəhərində qeyri-adi anlar yaşanıb. Avtomobildən yola atılan zibili "Supermen" kimi havada tutan təmizliyi işçisi həmin şəxsi sözün əsl mənasında "yaxalayıb".

Zibili tutan qəhrəman təmizlik işçisi, çevikliklə tullantını havada tutaraq, "Bir daha atma!" sözləri ilə onu avtomobildəki sürücüyə qaytarıb.

Görüntülər sosial şəbəkələrdə paylaşılıb və qısa zamanda viral olub.

Sosial media istifadəçiləri tərəfindən "Göbelman" ləqəbi verilən təmizlik işçisinin bu davranışı həm maarifləndirici, həm də ictimai məsuliyyət çağırışı kimi qiymətləndirilib.

Qeyd edək ki, video maarifləndirmə məqsədi ilə çəkilib və insanların ictimai yerləri təmiz saxlamağa təşviq olunmasına xidmət edir.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.