Dünya

Netanyahu müharibənin bitəcəyi tarixi açıqladı

23 İyun 2025 19:50
Baxış: 1 834
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, ölkəsinin mövcudluğuna qarşı iki əsas təhlükə nüvə və ballistik raket təhdidini aradan qaldırmaq məqsədilə hərbi əməliyyatlara başlayıblar.

Milli.Az xəbər verir ki, baş nazirin sözlərinə görə, əməliyyat zamanı yalnız zəruri addımlar atılacaq və lazım olandan artıq hərəkət edilməyəcək:

"Bu hədəflərə doğru mərhələli şəkildə irəliləyirik və məqsədimizə çatmağa çox yaxınlaşmışıq", - deyə Netanyahu bildirib.

"İranda müəyyən etdiyimiz hədəflərə çatdıqdan sonra əməliyyatı genişləndirməyəcəyik, lakin onu vaxtından əvvəl də dayandırmayacağıq. Artıq əhəmiyyətli nəticələr əldə etmişik və indi Prezident Trampın dəstəyi ilə məqsədimizə daha da yaxınlaşmışıq", - Netanyahu vurğulayıb.

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.