Türkiyənin Çorum şəhərində qeyri-adi anlar yaşanıb. Avtomobildən yola atılan zibili "Supermen" kimi havada tutan təmizliyi işçisi həmin şəxsi sözün əsl mənasında "yaxalayıb".
Zibili tutan qəhrəman təmizlik işçisi, çevikliklə tullantını havada tutaraq, "Bir daha atma!" sözləri ilə onu avtomobildəki sürücüyə qaytarıb.
Görüntülər sosial şəbəkələrdə paylaşılıb və qısa zamanda viral olub.
Sosial media istifadəçiləri tərəfindən "Göbelman" ləqəbi verilən təmizlik işçisinin bu davranışı həm maarifləndirici, həm də ictimai məsuliyyət çağırışı kimi qiymətləndirilib.
Qeyd edək ki, video maarifləndirmə məqsədi ilə çəkilib və insanların ictimai yerləri təmiz saxlamağa təşviq olunmasına xidmət edir.
Kənan
Milli.Az