Mədəniyyət

"Opera günləri" layihəsi çərçivəsində dahi Bülbül yad edilib - FOTO

23 İyun 2025 20:11
Baxış: 341
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdim etdiyi "Opera günləri" layihəsi çərçivəsində  Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, Stalin mükafatı laureatı, professor, ictimai xadim Bülbülün repertuarından ibarət konsert proqramı təqdim olunub. 

Konsertdə Əməkdar artistlər Fərid Əliyev, Əliəhməd İbrahimov, İlkin Əhmədov, solistlər Adil Axundov, Mahir Tağızadə, Atəş Qarayev, Rza Xosrovzadə, Mirəli Sarızadə və Yuliya Ferştadt çıxış ediblər. 

Bülbülün repertuarından ibarət konsert proqramında Üzeyir Hacıbəylinin "Koroğlu" operasından Koroğlunun ariyası, "Sənsiz", "Sevgili canan", Fikrət Əmirovun "Ulduz", Asəf Zeynallının "Ölkəm" romansları, Tofiq Quliyevin "Neftçilər mahnısı", Azərbaycan xalq mahnıları "Xumar oldum", "Mən aşiq", həmçinin Cakomo Puççininin "Toska" operasından Kavaradossinin ariyası, Cüzeppe Verdinin "Riqoletto" operasından Hersoqun mahnısı, Qaetano Donisettinin "Sevgi şərbəti" operasından Nemorinonun ariyası səsləndirilib. 

İzdihamla keçən konsert proqramı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.