Ölkə

"Yüksəliş"in qalibinə vəzifə verildi

23 İyun 2025 18:56
Baxış: 497
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azərlotereya" ASC-də yeni təyinat olub.

Valyuta.az-ın əldə etdiyi məlumata görə, Elnur Abdullazadə "Azərlotereya"da Baş maliyyə direktoru vəzifəsinə təyin edilib. O, 2021-ci ildən "Azərlotereya"da müxtəlif vəzifələrdə çalışıb. 

Qeyd edək ki, E.Abdullazadə Bakı Mühəndislik Universitetində biznesin təşkili və idarəedilməsi ixtisası üzrə bakalavriat, Almaniyanın Bonn Universitetində (University of Bonn) iqtisadiyyat ixtisası üzrə magistratura təhsili alıb. E.Abdullazadə Azərbaycan, Alman, Türk, Rus, İngilis dillərini bilir. O, Yüksəliş Müsabiqəsinin qalibidir.

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.