Ölkə

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

24 İyun 2025 00:12
Baxış: 1 285
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fars körfəzi üzərində hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxan bir sıra beynəlxalq reyslər planlaşdırılmış təyinat məntəqələrinə enə bilməyib və təhlükəsizlik məqsədilə alternativ hava limanlarına yönləndirilib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan Milli.Az-a bildirilib ki, "Qatar Airways" aviaşirkətinin Bakı-Doha və "Kuwait Airways"in Bakı-Küveyt reysləri Səudiyyə Ərəbistanının Ciddə Beynəlxalq Hava Limanında, "Wizz Air Abu Dhabi" aviaşirkətinin Bakı-Əbu Dabi reysi isə Mədinə Beynəlxalq Hava Limanında eniş edib.

Yaranmış vəziyyət beynəlxalq aviasiya təhlükəsizliyi protokolları çərçivəsində operativ şəkildə qiymətləndirilib və sərnişinlərin, eləcə də ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə zəruri tədbirlər dərhal həyata keçirilib.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.