Şou-biznes

Pərvinin 100 min pulu oğurlandı

24 İyun 2025 15:29
Baxış: 1 483
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aktrisa Pərvin Abıyeva etirafı ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, o, evindən külli miqdarda pul oğurlandığını bildirib.

"Evimdən bir dəfə çox yüklü miqdarda pul oğurlanıb. Kim olduğunu da bilirəm. Sadəcə olaraq üzüm gəlmir deməyə. Böyük miqdardır, az deyil. 100 mindən çoxdur. Bu, bir neçə dəfəyə götürülüb. Hissə-hissə götürüb. Öncədən bilmirdim, düşünürdüm ki, pul yerindədir.

Çox az ora baxardım. Aylarla baxmazdım. Bu, mənim özüm üçün olan pul deyildi. Qardaşımın təhsili üçün yığılmış məbləğ idi və götürüldü. Mən bilirəm, ailəm bilir, amma dərininə getmədim. Uzun illər evə gəlib-gedən, ailəmizin içi olan biri idi. Sübut edə bilmədim".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.