Maraqlı

Məşhur psixoloq: “Narsisti tanımaq üçün ona bu sualı verin – dərhal özünü ələ verəcək”

17 Noyabr 2025 07:07
Baxış: 434
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ədliyyə psixoloqu və televiziya aparıcısı Dr. Culia Şou bir insanın narsist olub-olmadığını anlamaq üçün yalnız bir sualın kifayət etdiyini bildirib. Mütəxəssis bu sadə, lakin təəccüblü dərəcədə təsirli üsulu açıqlayıb.

Milli.Az xəbər verir ki, "Narsist" ifadəsi çoxlarına tanışdır. Mayo Klinikasının izahına görə, narsistik şəxsiyyət pozuntusu "insanın öz önəmini həddindən artıq yüksək qiymətləndirdiyi" psixoloji vəziyyətdir.

Narsistik insanlar daim diqqət və heyranlıq gözləyir, başqalarının duyğularını anlamaqda çətinlik çəkə bilirlər. Lakin bu güvənli görünüşün arxasında əslində öz dəyərlərindən əmin olmayan və kiçik tənqidlərdən belə narahat olan bir şəxs dayanır.

Dr. Culia Şou bildirib ki, narsisti müəyyən etmək üçün uzun testlərə ehtiyac yoxdur.

"Sən narsistsən?"

Bu sadə sual niyə işləyir?

Psixoloqun sözlərinə görə, bunun səbəbi çox sadədir:

"Narsist adətən bu suala belə cavab verəcək: 'Bəli, mən narsistəm, amma onsuz da əksər insanlardan üstünəm. Bu, özüm barədə realist dəyərləndirmədir.' Çünki narsisizm elə budur - həddindən artıq özünə güvən və özünü olduğundan daha yaxşı hesab etmək."

Araşdırmalar göstərir ki, narsistik insanlar bu termini təhqir kimi qəbul etmir və özlərini belə görməkdən narahat olmurlar. Hətta bəzən bununla fəxr edirlər.

2014-cü ildə Ohayo Dövlət Universitetində aparılan tədqiqat da bu bir suallıq testin insanın narsistik xüsusiyyətlərini müəyyən etmək üçün kifayət etdiyini göstərib.

Tədqiqatın müəlliflərindən Bred Buşman o zaman belə demişdi:

"Narsist insanlar bu xüsusiyyətə sahib olduqlarını gizlətmirlər. Soruşanda rahatlıqla etiraf edirlər, çünki bunu mənfi bir şey kimi görmürlər. Özlərini başqalarından üstün hesab etdiklərinə görə bunu açıq şəkildə deməkdən çəkinmirlər."

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.