Ölkə

Azərbaycan Çindən 8 min tabut aldı

1 Yanvar 2026 16:06
Baxış: 539
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana xaricdən səkkiz min ağac məmulatlarından hazırlanmış tabut gətirilib.

Milli.Az rəsmi statistik məlumatlara istinadən xəbər verir ki, bu qəbildən olan tabutların hamısı Çindən alınıb.

2024-cü ilin gömrük statistikasında ağac məmulatlarından hazırlanmış tabutun idxal və ixracına dair hər hansı bir məlumat yoxdur.

Qeyd edək ki, Azərbaycanda dəfn mərasimləri, əsasən, islam qaydalarına uyğun icra edildiyi üçün tabutdan istifadə məsələsi həm ənənəvi, həm də praktiki tərəflərə malikdir. Belə ki, Azərbaycanda tabut (çox vaxt buna "meyit qutusu" və ya sadəcə, "tabut" deyilir), əsasən, cənazəni məsciddən qəbiristanlığa daşımaq üçün istifadə olunur. Mərasim bitdikdən sonra tabut, adətən, geri qaytarılır və ya məscidə təhvil verilir.

Azərbaycanda yaşayan xristianlar (pravoslavlar, katoliklər və s.) tabutdan öz dini ayinlərinə uyğun olaraq istifadə edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.