Dünya

Rubio Lavrovla danışıqlar zamanı "Xaç atası" filmindən sitat gətirib

1 Yanvar 2026 15:51
Baxış: 435
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ dövlət katibi Marko Rubio Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar zamanı "Xaç atası" filmindəki "Vito Korleone" obrazını təqlid edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Rubio ilə Rusiya nümayəndələri arasında görüş 2025-ci il fevralın 18-də Ər-Riyadda baş tutub. Nəşrin məlumatına görə, Lavrov və Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun qarşısında oturan Rubio Marlon Brandonun canlandırdığı mafiya başçısı "Vito Korleone"dən sitat gətirib.

Filmdə Brandonun personajı oğluna rəqib cinayətkar ailələrin təhdidləri barədə danışarkən belə deyir: "Mən bütün həyatım boyu ehtiyatsız olmamağa çalışıram. Qadınlar və uşaqlar ehtiyatsız ola bilərlər, amma kişilər yox".

Nəşrin məlumatına görə, amerikalı siyasətçi bu ifadədən Rusiya nümayəndələrinə nüvə gücləri arasında ünsiyyətə ehtiyac olduğunu çatdırmaq üçün istifadə edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.