Hadisə

Sabiq icra başçısı sauna üçün milyon xərclədi, fəhlələrin haqqını yedi - ŞİKAYƏT

17 Fevral 2026 13:32
Baxış: 810
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Quba rayonunun keçmiş icra başçısı Rauf Həbibovla bağlı bir qrup usta və fəhlə redaksiyamıza müraciət edib. Şikayətçilər bildirirlər ki, keçmiş icra başçısı Mərdəkan qəsəbəsində həyat yoldaşı üçün 2023-cü ildə inşa etdirdiyi lüks saunaya görə onların haqqı olan 53 min manatı ödəməkdən boyun qaçırıb. 

Milli.Az Manset.az-a istinadən xəbər verir ki, fəhlələr Rauf Həbibovun müxtəlif əmlakları və bahalı avtomobilləri olmasına baxmayaraq, kiçik bir işçi qrupunun əməyinə hörmət etmədiyini iddia edirlər.

"Bütün işlər tamamlanıb, amma o bizim haqqımızı verməkdən boyun qaçırır", - deyə orada çalışan fəhlə və qrup rəhbəri Ruslan Quliyev bildirib. Həbibovun mənzilləri və villaları ilə tanınan biri olduğunu vurğulayan fəhlələr, buna baxmayaraq, verdikləri zəhmətin qarşılığında heç bir haqq almadıqlarını qeyd ediblər.

Şikayətçilər həmçinin Rauf Həbibovun onları aldatdığına və əmək haqlarını verməkdən məqsədli şəkildə yayınmasına işarə edirlər.

"Bizim haqqımızı vermədiyi halda, heç bir çətinlik yaşamadan öz lüks həyatını davam etdirir", - fəhlələr deyiblər.

Məsələ ilə bağlı Manset.az Qubanın keçmiş icra başçısı Rauf Həbibovla əlaqə saxlayıb. O, belə bir problemin olduğunu etiraf edib:

"Hazırda sistem altındayam. Mən bununla bağlı sizinlə əlaqə saxlayacağam". 

Qeyd edək ki, 2012-ci ildə Rauf Həbibov Qubada baş vermiş kütləvi vətəndaş etirazı və kütləvi qarşıdurmadan sonra vəzifəsindən azad edilib. 

      

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.