Dünya

Paşinyanla arvadı nikahlarının bitdiyini elan etdi - FOTO

17 Fevral 2026 11:02
Baxış: 831
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın baş naziri Nikol Paşinyanla vətəndaş nikahında yaşadığı həyat yoldaşı Anna Akopyan ayrılıb.

Milli.Az xəbər verir ki, bu barədə Akopyan feysbuk səhifəsində paylaşım edib.

"Əziz həmvətənlər, sizə bildirmək istəyirəm ki, Baş nazir Nikol Paşinyanla aramızdakı vətəndaş nikahı sona çatdı. Hər kəsdən bu mövzuda təmkinli və düzgün olmağı xahiş edirəm. Təşəkkür edirəm", - deyə o qeyd edib.

Bununla belə, Anna həmin paylaşımı hansı səbəblərə görə etdiyini və bunun nə mənaya gəldiyini açıqlamayıb. Bu isə sosial şəbəkələrdə cütlüyün ayrılıb-ayrılmamasına dair müzakirələrə səbəb olub.

Xatırladaq ki, N.Paşinyanla A.Akobyan rəsmi şəkildə evli olmayıb. Bunun səbəbləri barədə danışan Ermənistan Baş naziri siyasətlə məşğul olduğu üçün gələcəkdə həbs edilmək riskinə görə bu addımı atdığını bildirib. Cütlüyün 4 övladı var.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.