Bu gün paytaxtın Səbail rayonu, Lev Tolstoy küçəsində ikimərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı mənzillərdə olan bir neçə şəxs xilas olunub.
Milli.Az xəbər verir ki, hadisə yerinə cəlb edilmiş polislər binadakı sakinlərin və digər şəxslərin təxliyəsində iştirak edib. Onlar tüstüdən zəhərlənmə təhlükəsi ilə üzləşən şəxslərə əleyhqazlar veriblər və təhlükəsiz yerə çıxarılmasına köməklik göstəriblər.
Görüntüləri təqdim edirik:/Qafqazinfo
Milli.Az





