İran

İran ABŞ-ni təhdid etdi: “50 min əsgər tabutla qayıda bilər”

24 İyun 2025 17:22
Baxış: 660
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Donald Trampın İranda rejim dəyişikliyi ilə bağlı verdiyi bəyanatdan sonra Tehran sərt reaksiya göstərib.

Milli.Az xəbər verir ki, İran rəsmiləri Trampın belə bir niyyətə düşəcəyi təqdirdə ciddi nəticələrlə üzləşəcəyini bildirib.

Rəsmi Tehranın açıqlamasında deyilir:

"Əgər Tramp rejim dəyişikliyi planı qurursa, 50 min amerikalı əsgərin tabutunu Vaşinqtonda qarşılamağa hazır olsun".

Qeyd edək ki, bu sərt təhdid ABŞ-nin İranın nüvə obyektlərinə hava zərbələri endirməsindən sonra səsləndirilib və bölgədə gərginliyi daha da artırıb.

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.