Hadisə

Üç avtomobil toqquşdu - Broyler toyuqları ətrafa dağıldı

15 Dekabr 2025 11:43
Baxış: 518
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yevlaxda zəncirvari qəza baş verib, bir avtomobil su kanalına düşüb.

Milli.Az "qafqazinfo"a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Hacıselli kəndi ərazisindən keçən magistral yolda qeydə alınıb.

Hərəkətdə olan yük avtomobili idarəetmədən çıxaraq  "Opel" və "Mercedes" markalı avtomobillərlə toqquşub. Nəticədə zərbənin təsirindən "Opel" yolun sol hissəsindəki su kanalına, "Mersedes" yolun sağ hissəsinə, yük maşını isə yolun ortasına aşıb.

Qəza zamanı yük avtomobilində olan broyler toyuq məhsulları ətrafa dağılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.