Türkiyənin tanınmış sənətçisi Bülent Serttaş son dövrlər xeyli çəki itirməsi ilə gündəmə gəlib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni 18 kiloqram arıqladığını deyib və bu dəyişiklikdən olduqca məmnun qaldığını vurğulayıb.
Onun sözlərinə görə, çəki azalması həm səhnədə özünü daha rahat hiss etməsinə, həm də gündəlik həyatına müsbət təsir göstərib.
Sənətçi artıq istədiyi geyimləri rahatlıqla seçib səhnəyə çıxa bildiyini, ətrafındakı insanların verdiyi müsbət reaksiyaların isə onu daha da motivasiya etdiyini bildirib və arıqlamağa davam edəcəyini qeyd edib.
Hüseyn
Milli.Az





