Prezident və Birinci xanım Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıblar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sabiq dövlət müşaviri Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb.
Milli.Az xəbər verir ki, nekroloqda deyilir:
"Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim, iqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi və Əməkdar dövlət qulluqçusu Vahid Cümşüd oğlu Axundov 2025-ci il dekabrın 14-də ömrünün 84-cü ilində vəfat etmişdir.
Vahid Axundov 1942-ci il fevralın 2-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1959¬-1964-cü illərdə Azərbaycan Neft və Kimya İnstitutunda mühəndis-iqtisadçı ixtisası üzrə ali təhsil almışdır.
Vahid Axundov 1969-cu ildə iqtisad elmləri namizədi və 1981-ci ildə iqtisad elmləri doktoru alimlik dərəcələrini, 1986-cı ildə professor elmi adını almışdır.
Əmək fəaliyyətinə 1959-cu ildən başlayan Vahid Axundov 1964-cü ilədək Bakı dəri-qalantereya fabrikində və Bakı avtomobil ehtiyatı hissələri zavodunda müxtəlif işlərdə çalışmışdır. O, 1965-1966-cı illərdə Azərbaycan Respublikası Dövlət Plan Komitəsində iqtisadçı, 1966-1970-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda böyük və baş iqtisadçı, 1970-1987-ci illərdə Azərbaycan Respublikası Dövlət Plan Komitəsinin Elmi Tədqiqat İqtisadiyyat və Planlaşdırma İnstitutunda şöbə müdiri, elmi işlər üzrə direktor müavini və direktor, 1987-1991-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda elmi işlər üzrə prorektor vəzifələrini tutmuşdur.
Vahid Axundov 1991-1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin müşaviri və Azərbaycan Respublikasının iqtisadi siyasət üzrə Dövlət müşaviri, 1993-cü ilin may-noyabr aylarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadi siyasət və beynəlxalq əməkdaşlıq mərkəzinin direktoru - Baş nazirin baş iqtisadi müşaviri olmuşdur. O, 1993-cü ildən 2017-ci ilədək Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri vəzifəsini icra etmişdir.
Vahid Axundov uzun illər Azərbaycanın milli maraqlarının qorunması naminə bilik və bacarığını əsirgəməyərək, peşəkarlığı və təşəbbüskarlığı sayəsində ölkədə iqtisadi islahatların uğurla aparılmasında, iqtisadiyyatın bütün sahələrinin dinamikliyinin təmin olunmasına yönəlmiş dövlət proqramları və konsepsiyalarının hazırlanıb müvəffəqiyyətlə gerçəkləşdirilməsində təqdirəlayiq fəaliyyət göstərmişdir. Öz işində hər zaman obyektivlik və prinsipiallıq nümayiş etdirməklə dövlətçilik mövqeyindən çıxış etməsi ona dərin hörmət və ehtiram qazandırmışdır. Vahid Axundovun tədqiqatçı alim kimi iqtisadiyyatın ayrı-ayrı problemlərinin öyrənilməsinə dair 150-dən artıq sanballı araşdırması mütəxəssislər tərəfindən rəğbətlə qarşılanmışdır.
Vahid Axundovun dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyəti və iqtisad elminin inkişafındakı xidmətləri yüksək qiymətləndirilmişdir. O, 1992-ci ildə "Əməkdar elm xadimi", 2006-cı ildə "Əməkdar dövlət qulluqçusu" fəxri adlarına layiq görülmüş,
2007-ci ildə "Şöhrət", 2012-ci ildə "Şərəf" ordenləri ilə təltif edilmişdir.
Tanınmış ictimai xadim, bacarıqlı təşkilatçı və təvazökar insan Vahid Cümşüd oğlu Axundovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!"
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıdakı UFC turniri start götürüb
-
DYP nəzarət-profilaktiki tədbirlər həyata keçirir - (Video/Foto)
-
Nəriman Həsənzadənin vəziyyəti açıqlandı
-
Ölkənin bir sıra rayonlarında leysan davam edir - Faktiki hava açıqlandı
-
Bakıda və Abşeronda yağışlı hava davam edəcək - Proqnoz
-
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər - (Foto)
XƏBƏR LENTİ
-
Tovuzda qəza olub, ölən və xəsarət alanlar var
-
Yaşar Yusub ailəsi ilə istirahətdə (Foto)
-
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
-
Tahir Abdullayev UFC-də ilk qələbəsini qazandı
-
Əfqanıstanda 6,1 maqnitudalı zəlzələ baş verib
-
“Bu, dünya çempionatı yox, fəlakətdir” - İran millisinin kapitanı
-
Azərbaycanlı şoumen Timur xanımına xəyanət etdiyi aktrisa ilə evləndi
-
İsa Həbibbəylinin nadir əlyazmaya davranışı müzakirə yaratdı - (Video)
-
Bakıdakı UFC turniri start götürüb
-
İran və BƏƏ arasında Cəbəl Əli limanı üzərindən ticarət bərpa olunub
-
Azərbaycanda 9-cu sinif şagirdi vəfat etdi
-
DYP nəzarət-profilaktiki tədbirlər həyata keçirir - (Video/Foto)
-
Zelim qızıl, Hidayət bürünc qazandı
-
Nəriman Həsənzadənin vəziyyəti açıqlandı
-
Ukraynaya məxsus MiQ-29 qırıcı təyyarəsi itdi
-
Ölkənin bir sıra rayonlarında leysan davam edir - Faktiki hava açıqlandı
-
Hörmüz boğazında tankerə hücum edildi
-
Rusiya və Ukrayna arasında növbəti girov mübadiləsi oldu
-
Yeşilçamın “Al Yazmalı”sından Kadir İnanıra son vida - (Foto)
-
Azərbaycan XİN Cibutinin təbrik etdi
-
AZAL Bakı–Naxçıvan reyslərini ləğv etdi
-
İtkin düşən şəxsin meyiti Şabranda göldən tapıldı
-
Bakıda ağır qəza: Dirək aşaraq avtomobilin salonuna girdi - VİDEO
-
"100 minə görə 4 balamı anasız qoyursunuz" - (Video)





