İdman

Ronaldo "Forsaj"a çəkiləcək

15 Dekabr 2025 11:00
Baxış: 587
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur amerikalı aktyor və prodüser Vin Diesel portuqaliyalı futbol ulduzu Kriştiano Ronaldonun "Forsaj" film seriyasında xüsusi rola çəkildiyini açıqlayıb.

Milli.Az xəbər verir ki, Diesel bu barədə "İnstaqram" səhifəsində paylaşım edərək bildirib ki, Ronaldonun layihədə iştirakı üçün xüsusi obraz yazılıb. Onun sözlərinə görə, pərəstişkarlar uzun müddətdir futbol ulduzunu "Forsaj"da görmək istəyirdi və bu arzu nəhayət gerçəkləşib.

Qeyd edək ki, Vin Dizel 2024-cü ilin fevralında açıqlama verərək "Forsaj" franşizasının 11-ci filminin sonuncu hissə olacağını və filmin premyerasının 2027-ci ilin aprelinə planlaşdırıldığını bildirmişdi. 12 dekabr tarixində isə o, Ronaldoyla birgə fotosunu paylaşaraq futbolçunun filmdə yer alacağını təsdiqləyib.

Fidan
Mili.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.