Siyasət

Prezident Vətən müharibəsi zamanı Ermənistan tərəfindən “Azərbaycan” İES-ə atılan raketin düşdüyü əraziyə baxıb - FOTO

24 İyun 2025 16:12
Baxış: 733

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Mingəçevirdə "8 Noyabr" Elektrik Stansiyasının açılış mərasimində iştirak edib.

Daha sonra Prezident İlham Əliyev və qonaqlar Vətən müharibəsi zamanı Ermənistan tərəfindən bu stansiyaya atılan raketin düşdüyü əraziyə baxdılar.

Qeyd edək ki, 2020-ci il oktyabrın 4-də stansiyanın ərazisinə böyük dağıdıcı qüvvəyə malik "Smerç" reaktiv yaylım atəşli raket atılıb. Raket 6-cı və 7-ci enerji bloklarının arasındakı sahəyə düşüb. Bundan başqa, 2020-ci il oktyabrın 11-də ikinci dəfə atılan raket isə İdarəetmə Mərkəzinin yaxınlığına düşüb.

Müvafiq müdafiə sistemlərinin qabaqlayıcı tədbirləri nəticəsində atılmış raketlər zərərsizləşdirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.