Cəmiyyət

DİN bayram günlərində səfərə çıxan vətəndaşlara müraciət ETDİ

30 Dekabr 2025 14:23
Baxış: 315
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bayram günlərində paytaxtdan bölgələrimizə üz tutan, tətil ərəfəsində səfərə çıxan vətəndaşların sayında çoxluq müşahidə olunur. Bu isə yollarda nəqliyyat sıxlığının yaranmasına və qəzaların baş vermə ehtimalının artmasına səbəb olur. Arzuolunmaz hadisələrin qarşısını almaq və risklərdən sığortalanmaq üçün tətil günlərində daha diqqətli və məsuliyyətli olmaq, sadə qaydalara riayət etmək vacibdir".

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) bayram günlərində səfərə çıxan vətəndaşlara müraciətində deyilir.

Sürücülərə aşağıdakı qaydalara riayət etmək tövsiyə olunur:

- avtomobilin texniki sazlığını yoxlayın;

- günün erkən saatlarında yola çıxın;

- sərxoş və ya yuxulu halda sükan arxasına əyləşməyin;⁠

- təhlükəsizlik kəmərindən istifadə edin;

- sürət həddini yol və hava şəraitinə uyğun seçin;

- ötmə və manevr qaydalarına uyğun davranın;

- diqqət yayındıran bütün hallardan çəkinin.

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.