Cəmiyyət

"JEK nə xidmət göstərir ki, biz pul ödəyirik?" - Yasamal sakinləri narazıdır

24 İyun 2025 17:00
Baxış: 686
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paytaxtın Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsinin sakinləri Mənzil Kommunal İstismar Sahəsi (JEK) üçün pul ödədiklərini, amma bunun səbəbini bilmədiklərini bildirirlər.

Milli.Az xəbər verir ki, sakinlər deyir ki, öz bloklarını özləri boyayır və təmizləyirlər, bütün xərclər şəxsi vəsaitlərdən ödənilir.

Məsələ ilə bağlı Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyindən bildirilib ki, sakinlər hər kvadratmetr üçün 2 qəpik mənzil haqqı ödəyirlər. Lakin mütəxəssislər və hüquqşünaslar qanuna əsasən JEK-lərin belə haqqı tələb etmək hüququ olmadığını vurğulayırlar.

2009-cu ildə qüvvəyə minmiş Mənzil Məcəlləsinə görə, mənzil istismar sahələri artıq hüquqi olaraq mənzil fondunun idarə edilməsində iştirak etmir. Dövlət mənzil fondu müvafiq dövlət qurumları, bələdiyyə fondu bələdiyyələr, özəl mülkiyyət isə ya sahibkar özü, ya da seçdiyi idarəedici təşkilat tərəfindən idarə olunur.

Özəl mülkiyyət sahibi istəyərsə, mənzil istismar sahəsi ilə müqavilə bağlayaraq xidmətlərdən istifadə edə bilər, əks halda ödəniş tələb etmək qanunsuz sayılır.

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.