Hadisə

Avtobus sürücüsünün telefonunu ələ keçirən şəxs saxlanıldı - VİDEO

29 Dekabr 2025 16:50
Baxış: 376
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Polis avtobus sürücüsünün telefonunu ələ keçirən şəxsi saxlayıb.

Milli.Az xəbər evrir ki, Nizami rayonu Q.Qarayev prospektində "Daewoo" markalı sərnişin avtobuslarının birində naməlum sərnişin paytaxt sakini olan sürücünün 450 manat dəyərində mobil telefonunu soyğunçuluq edərək ələ keçirib. Hadisədən sonra həmin şəxs qaçaraq ərazidən uzaqlaşıb. Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı Sənan Quluzadə saxlanılıb. Həmin şəxsin törətdiyi hadisə təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.