Cəmiyyət

Ölkəyə gətirilən bir ədəddən çox telefona 100 manat aksiz vergisi tətbiq ediləcək

29 Dekabr 2025 14:04
Baxış: 343
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycana idxal olunan mobil cihazlar aksizli malların siyahısına əlavə olunmaqla aksizə cəlb ediləcək.

Milli.Az xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Qanun layihəsində mobil cihazların aksizli malların siyahısına əlavə olunması və hər ədədinə görə 20 manat məbləğində aksiz vergisinin müəyyən edilməsi, eyni zamanda fiziki şəxslər tərəfindən şəxsi məqsədlər üçün gömrük ödənişlərindən azad olunmaqla təqvim ili ərzində bir ədəd mobil cihazın gətirilməsi təklif olunur.

"Dövlət rüsumu haqqında" Qanunda təklif olunan dəyişikliyə əsasən isə, fiziki şəxs tərəfindən təqvim ili ərzində ölkəyə gətirilən bir ədəddən artıq istənilən mobil cihaza görə 100 manat məbləğində (hər biri üçün) dövlət rüsumu müəyyən ediləcək.

Bu halda fiziki şəxs tərəfindən şəxsi istehlak üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumları (mobil cihazın dəyərinə əsasən müəyyən olunan dövlət rüsumları) tətbiq olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.