Cəmiyyət

Arzu Əliyeva və Alena Əliyeva “Rənglərdə yaşanan 10 il” mövzusunda keçirilən sərgidə iştirak ediblər - FOTOlar

29 Dekabr 2025 15:04
Baxış: 488
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dekabrın 28-də Zirə Mədəniyyət Mərkəzinin Eko-Park ərazisində yerləşən "Türk Dünyası" rəsm qalereyasında "Rənglərdə yaşanan 10 il" mövzusunda sərgi keçirilib. Mərkəzin 10 illik yubileyi ərəfəsində təşkil olunan sərgidə 6-30 yaşarası tələbə-rəssamların və müəllim heyətinin rəssamlığın rəngarəng texnikalarından istifadə edərək hazırladıqları əl işləri nümayiş etdirilib.

Milli.Az AZƏRTAC-a istinadla xəbər verir ki, sərgidə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər.

Arzu Əliyeva və Alena Əliyeva mərkəzin fəaliyyəti ilə yaxından tanış olub, sərgilənən əl işlərinə baxış keçirib, qonaqlar və sərgi iştirakçıları ilə şəkil çəkdiriblər.

Gənc rəssamların rəngkarlıq, heykəltəraşlıq, taxta üzərində yandırma, kvillinq-art, batika, ebru, alcohol ink, qrafika, wood-art, mixed media art (dekorativ-tətbiqi sənət) kimi müxtəlif mövzularda hazırlanmış işləri böyük maraqla qarşılanıb.

Tədbiri Zirə Mədəniyyət Mərkəzinin rəhbərliyi adından Ləman Əliyeva açaraq mərkəzin fəaliyyəti və sərgi haqqında ətraflı məlumat verib. Daha sonra Art Studiyanın rəhbəri Məzahir Rüstəmov çıxış edərək Art Studiyanın 10 illik inkişaf yolu, əldə olunan nailiyyətlər və gənc rəssamların yaradıcılıq uğurları barədə məlumat verib.

Sərginin fəxri qonağı Xalq rəssamı Ömər Eldarov iştirakçıları təbrik edib, onların yaradıcılıq fəaliyyətlərinə yüksək qiymət verərək gələcək işlərində uğurlar arzulayıb.

Tədbirin davamında Eko-Parkın moda studiyasında hazırlanmış Azərbaycanın milli geyimlərindən, eləcə də üzərində rəsm və digər əl işləri olan müasir geyimlərdən ibarət moda sərgisi nümayiş etdirilib.

Sonda təqdim edilən "Ağ çiçəyim" rəqsi tədbirə xüsusi estetik gözəllik və rəng qatıb.

Tədbirin yekununda isə Zirə Mədəniyyət Mərkəzinin 10 illik yubileyi münasibətilə Eko-Park heyəti və tələbə-rəssamlar birlikdə tort kəsib, bu əlamətdar günü xatirə şəkilləri ilə yaddaşa köçürüblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.