İdman

Alonso onu 90 milyona SATIR

24 İyun 2025 17:48
Baxış: 1 325
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real Madrid" ulduz futbolçusu Rodriqo Qoesi satmaq istəyir. 

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 90 milyon avroluq təklif olsa, braziliyalının klubdan ayrılmasına razılıq veriləcək.

Bu barədə qərarı Kral klubunun baş məşqçisi Xabi Alonso verib. Buna səbəb isə mütəxəssisinözünün istədiyi yarımmüdafiəçini almaq planıdır.

"Arsenal" Rodriqo ilə maraqlanır, lakin futbolçu özü digər variantları dəyərləndirmək istəyir. Məlumata görə, "Mançester Siti" də 24 yaşlı hücumameyilli yarımmüdafiəçisini yaxından izləyir.

Qeyd edək ki, ötən mövsüm Rodriqo komandasında 51 oyunda, 14 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarktə görə, futbolçunun bazar dəyəri 90 milyon avrodur.

Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.