Hadisə

Naxçıvanda ağır qəza: Xəsarət alanlar var

15 Noyabr 2025 17:32
Baxış: 631
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Naxçıvan şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az-ın məlumatına görə, hadisə Naxçıvan-Sədərək yolunda qeydə alınıb.

Hadisə zamanı "Hyundai" markalı avtomobil qarşı hərəkət zolağında olan "Mercedes" markalı maşınla toqquşub.

Hadisə nəticəsində Şərur rayonunun Dərəkənd kənd sakinləri, 1991-ci il təvəllüdlü Bərzani Məmmədov "Diz qapağının sınığı", 2000-ci il təvəllüdlü Mirvari Məmmədova isə "Körpücük sınığı" diaqnozu ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Yaralılardan vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.