Növbəti raket HÜCUMU: Türkiyə bu halda İrana cavab verə bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən gün İrandan Türkiyəyə üçüncü raket atıldı. Bu səbəblə də hazırda bütün diqqətlər Türkiyəyə yönəlib. İsrail və ABŞ raket hücumlarına cavab olaraq Türkiyənin İrana qarşı hərəkətə keçməsini gözləyir. Yaxın Şərqdə sülh və sabitlik istəyənlər isə Türkiyənin məsələyə soyuqqanlı və təmkinli şəkildə yanaşmasına ümid edir.
Milli.Az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında türkiyəli politoloq Həsən Oqtay İranın Türkiyəyə etdiyi üçüncü raket hücumunu şərh edərkən bildirib.
Politoloqun sözlərinə görə, baş verən hadisələr Türkiyə və İran arasındakı münasibətləri ciddi sınaqdan keçirir:
"Ardıcıl edilən hücumlar bölgədəki hava müdafiə sistemlərini xəbərdarlıq rejiminə keçirdi. Xüsusilə Adanadakı İncirlik Hərbi Hava Bazasının hədəf alınması ehtimalı da qiymətləndirilir.
Ancaq İran rəhbərliyi rəsmi açıqlamalarında Türkiyənin suverenliyinə hörmət etdiklərini və birbaşa Türkiyəni hədəf almadıqlarını vurğulayır.
İrana görə, bu raketlər Türkiyədəki ABŞ və ya NATO mövqelərini (məsələn, İncirlik Hərbi Hava Bazası və ya Kürəcik Radar Bazası) hədəf alan əməliyyatların bir hissəsi ola bilər və ya sadəcə yanlışlıqla edilib.
Bundan əlavə, İran iddia edir ki, bu hadisələrin arxasında iki qonşu ölkəni hərbi münaqişənin içinə çəkmək istəyən tərəflərin həyata keçirdiyi "false flag" (saxta bayraq) əməliyyatı ola bilər".
Ekspertin fikrincə, bu məsələdə Türkiyənin mövqeyi son dərəcə həssas və diplomatikdir:
"Ankara bu pozuntuları qəbuledilməz hesab edərək İran səfirini XİN-ə çağırıb və ən sərt tonda xəbərdarlıq edib. Hətta Türkiyə fonda həm müdafiə qabiliyyətini (məsələn, "Patriot" sistemləri) artırır, həm də öz qanuni müdafiə hüququnu qoruyub saxladığını bildirir.
Düşünürəm ki, belə gərginliklərin sonu adətən iki yoldan birinə çıxır. Birincisi, diplomatik yoldur. İki ölkə arasındakı hərbi əlaqə xətlərinin gücləndirilməsi və raket marşrutlarının texniki səhvlərdən təmizlənməsi ilə vəziyyət sakitləşə bilər. İkincisi isə gərginliyin nəzarətsiz şəkildə artmasıdır. Əgər raketlərdən biri Türkiyədə insan itkisinə səbəb olarsa, Türkiyə NATO müqaviləsinin 5-ci maddəsini işə sala və ya İranda raketlərin buraxıldığı platformalara qarşı cavab vermək hüququndan istifadə edə bilər. Bu isə bölgədə müharibə riskini artırmış olar.
Hazırda ən kritik məsələ bu raketlərin "texniki bir səhv" və ya "mesaj" olduğunun aydınlaşdırılmasıdır".
Oqtay son olaraq qeyd edib ki, Türkiyə və Azərbaycan İran tərəfindən edilən hücumlara hərbi yolla cavab verməyəcək, əksinə, sabit diplomatiya ilə bölgədə daimi sülhün təmin edilməsi üçün birgə mübarizə aparacaqlar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyədə qalan azərbaycanlılar üçün pis xəbər
-
Qarsda ermənilərlə "mübhəm" görüşlər: bu yol tələyə apara bilər
-
Bu markanın ayaqqabılarını qətiyyən ALMAYIN - Təhlükəli maddə aşkarlandı
-
Məşhur müğənninin 3 ilə qədər həbsi istənilir
-
55 yaşlı məşhur ana olacaq
-
Selçuk Bayraktarın ailəsi ilə bağlı xoş XƏBƏR - FOTOlar
XƏBƏR LENTİ
-
Xərçəngin müalicəsində süni intellekt: Fotonuza baxıb...
-
Süni intellektdə yeni mərhələ: "Gemini" bunu da edəcək
-
Limonlu çay içənlərin DİQQƏTİNƏ
-
Xalq artistinin evində toy olacaq
-
Türkiyədə qalan azərbaycanlılar üçün pis xəbər
-
Cəlilabadda ağır qəza - xəsarət alanlar var - FOTO
-
Avropa Liqası: "Nottingem" və "Braqa" qələbə qazanıb
-
Bu içkilər infarkt riskini artıra bilər
-
Şafak Sezerin son halı gündəm oldu: "Botoksun dozası qaçıb" - FOTO
-
Bu hallarda gömrük bəyannamələri ləğv edilə bilər
-
Bakıda bədii gimnastika üzrə Avropa kuboku start götürüb - FOTO
-
Soyuducu qapısına kağız sıxışdıranlar fərqi dərhal görür
-
“Həmişə çempion olası deyilik ki...” - Qurban Qurbanov
-
Zibilini atan pul qazanacaq: Küçələrə yeni ağıllı maşınlar yerləşdirilir
-
“Bu oyun mənim suyumu çıxardı”
-
Can Yaman tanınmaz dərəcədə dəyişdi - FOTO
-
Günün qoroskopu: məhz bu anlayış sizi azad edir
-
Azərbaycanda bəzi müavinətlərin təyinatında yeni mexanizm qüvvəyə minir
-
Kriştiano Ronaldo: "Karyeramın sonu yaxınlaşır..."
-
İlham Əliyev: Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər
-
Ödem atan bitki çayları hansılardır?
-
Daha bir serial final edir
-
Elvinlə bağlı açıqlama verdi
-
Pezeşkian: Bunun davam etdirilməsi dözülməzdir





