Azərbaycanda bahalaşan və ucuzlaşan MƏHSULLAR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda bu ilin fevral ayı üzrə bahalaşan və ucuzlaşan məhsulların siyahısı məlum olub.
Milli.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından əsasən çörək, kolbasa məmulatları, təzə balıq, süd, xama, pendir, kəsmik, süfrə marqarini, zeytun, günəbaxan və qarğıdalı yağları, limon, naringi, banan, alma, armud, heyva, nar, qoz, fındıq, göyərti, xiyar, pomidor, balqabaq, yerkökü, kartof, təbii bal, qəhvə, kakao, mineral sular, sərinləşdirici içkilər, şirələr, alkoqollu içkilər bahalaşmış, qoyun əti, yumurta, portağal, şabalıd, ağ kələm, soğan isə ucuzlaşıb. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2026-cı ilin fevral ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,3 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,6 faiz artıb. Fevral ayında əvvəlki ayla müqayisədə əsasən sement, keramik plitələr, mebellər, yuyucu vasitələr, şəxsi gigiyena vasitələri, zərgərlik məmulatları bahalaşıb, qış geyimləri, divar kağızları, plastik borular, kəsilmiş taxta isə ucuzlaşıb. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2026-cı ilin fevral ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə qiymət artımı əvvəlki aya nisbətən 0,2 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,7 faiz təşkil edib. Fevral ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əsasən tibbi, mehmanxana, bərbərxana, hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə sərnişindaşıma xidmətləri bahalaşmış, hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətləri və istirahət turları isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Qeyd edək ki, 2026-cı ilin fevral ayında istehlak qiymətləri 2025-ci ilin fevral ayına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,8 faiz, qeyri-qida məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 faiz artıb.
2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə orta illik qiymət artımı 5,7 faiz, son bir ayda isə 0,6 faiz təşkil edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Məşhur bloqer cütlüklərin illər əvvəlki görüntüləri - Tanınmaz haldadırlar - (Fotolar)
-
Türkiyə Super Liqası: “Fənərbaxça” ilk turda məğlub olub
-
Qapısı olmadan bütün gün soyuq qalan market dolabları bunu necə bacarır?
-
“Ulduz müharibələri”nin aktyoru Nik Cozef vəfat etdi
-
"Qalatasaray" sabiq futbolçusuna üz tutdu
-
WP: Körfəz ölkələri ABŞ-ın İran siyasətindən narazıdır
-
“Neqativ məqamları düşünmək lazım deyil” - Valdas Dambrauskas
-
Şaftalının öz toxumasını itirmədən dondurmağın yolları
-
Günün qoroskopu: Özünüzə kiçik bir hədiyyə etmək üçün əla gündür
-
Keks qəlibində yarpaq dolması resepti
-
Qol vurandan sonra huşunu itirdi - (Video)
-
"Yeraltı"nda yeni sima - "Bozo"nun eks-sevgilisini canlandıracaq (Foto)
-
Premyer Liqa: "Sabah" "Kəpəz"i məğlub edib
-
İsrail “Hizbullah” komandirini məhv etdi
-
Muhammed Salahın oynadığı matçda "Trabzonspor" xal itirib
-
"Bizi çox çətin oyunlar gözləyir" - Cavid Hüseynov
-
Beyləqanda bir nəfər kanalda batıb
-
Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirilib
-
Bəhram Bağırzadənin kuryerə verdiyi 200 manat gündəm oldu - (Video)
-
İndoneziya sahillərində 6,0 ballıq zəlzələ olub
-
Duran "Seltik"də ilk rəsmi qolunu vurdu - (Video)
-
Azərbaycan XİN zəlzələ ilə bağlı İndoneziyaya başsağlığı verib
-
Nüşabə Ələsgərlinin nəvəsi - (Foto)
-
Ucarda iki yük maşını toqquşub, ölənlər var (Foto)





