Azərbaycanda benzin və dizel bahalaşır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda avtomobil yanacağına xərclənən vəsaitin həcmi açıqlanıb. 2026-cı ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində benzin və dizel satışından 2,3 milyard manatdan çox gəlir əldə edilib. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz çoxdur.
Yanacağa xərclərin artması gələcəkdə benzin və dizelin qiymətinə təsir göstərə bilərmi?
Milli.Az xəbər verir ki, Globalinfo.az-a danışan neft və qaz məsələləri üzrə ekspert İlham Şaban ilin əvvəlindən yanacağın qiymətində cüzi artımın müşahidə olunduğunu deyib.
"Digər tərəfdən, avtomobillərin sayı hər ay artır. Ölkəyə yeni nəqliyyat vasitələri idxal edilir və onların işləməsi üçün də yanacaq lazımdır. Beləliklə, ölkə üzrə yanacağa çəkilən xərclər də artır. Bütün bu göstəricilər normal qaydada Dövlət Statistika Komitəsi tərəfindən qeydə alınır".
İqtisadçı Eyyub Kərimli isə məsələyə belə münasibət bildirib:
"Hər bir məhsulun qiymətinə onun maya dəyərinə təsir edən amillər var. Azərbaycanda dizel və Aİ-92 markalı benzin istehsal olunur. Benzinin istehsalında istifadə olunan texnologiyalar da nəzərə alınmalıdır. Bəzi premium yanacaq məhsulları isə xarici dövlətlərdən idxal edilir. Bu məhsulların qiyməti də idxal prosesi ilə bağlıdır".
Ekspert qeyd edib ki, müharibə səbəbindən Rusiyanın neft emalı zavodlarına ciddi ziyan dəyib:
"Bütün bunlar ölkəyə idxal olunan benzinin qiymətinə də təsir göstərə bilər. Hazırda neft məhsullarının qiymət artımına təsir edə biləcək amillər sabitdir. Qiymət artımı hələlik real görünmür. Lakin tələbat artarsa, bu, xaricdən idxalı şərtləndirə bilər və nəticədə qiymət artımına səbəb ola bilər".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Barselona" Holann üçün 151 milyon avro təklif edəcək
-
Günün qoroskopu: Şəxsi həyatınız enişli-yoxuşlu olmağa davam edir
-
Sabah Yasamalda işıq olmayacaq
-
Kürdəmirdə işçilər xəbərdarlıq edilmədən işdən çıxarıldı - (Video)
-
Ronaldo millinin düşərgəsini tərk edib
-
Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi - (Video)
-
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
-
Zığ şosesində yük avtomobili aşdı, yol bağlandı
-
Kürdəmirdə toyda kütləvi zəhərlənmə baş verib
-
Getdiyi sürətlə körpüyə çırpıldı - Hadisə yerindən (Video)
-
Netanyahu 150 nəfəri xilas edn qəhrəman sərnişinlə görüşdü - (Video)
-
Altı dəfə Fransa çempionu olan klub 2 manata satıldı
-
İspaniyanın ən yüksək maaş alan idmançısı
-
Azərbaycan sahillərinin yeni müdafiəçisi: "BARBAROS" sistemi tədarük olunacaq
-
Krista Paykın edamı təxirə salındı
-
Baş prokuror: Cinayətlərin təxminən yarısı yeni texnologiyalar vasitəsilə törədilir - müsahibə
-
Erməni turist 5 günlük Bakı təcrübəsindən danışdı
-
Bakıda 20-dək binanın söküləcəyi küçələrin adları açıqlandı
-
Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
-
"Atam azərbaycanlıdır, babamın məzarı Sumqayıtdadır" - Stas Mixaylov
-
Messinin vida matçının tarixi açıqlandı
-
“Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi...” – Murad Rzayev - (Foto)
-
Kəngərlidə ağır qəza - 5 nəfər xəsarət alıb - (Foto)
-
“Birliyin Gücü – 2026” birgə hərbi təlimində təcrübə mübadiləsi aparılıb - (Video)





