İsrail-İran münaqişəsini artıq keçmişdə qalmış hesab etmək olar
Rusiya Prezidenti Vladimir Putin Avrasiya İqtisadi Forumunda çıxışında bildirib ki, İsrail və İran arasındakı münaqişə artıq keçmişdə qalıb. O qeyd edib ki, may ayında İranla sərbəst ticarət sazişi qüvvəyə minib və hazırda Yaxın Şərqdə vəziyyət sakitləşməkdədir.
Putin vurğulayıb ki, İsrail və İran arasındakı münaqişənin keçmişdə qalması Yaxın Şərq regionundakı bütün ölkələrlə münasibətlərin inkişaf etdirilməsinə imkan yaradır. O, həmçinin Avrasiya İqtisadi Birliyi (AİB) və Vyetnam, Sinqapur, Serbiya kimi ölkələr arasında üstünlük verilən sazişlərin olduğunu, Ərəb Birləşmiş Əmirlikləri ilə isə iqtisadi əməkdaşlıq sazişi üzərində işlərin davam etdiyini bildirib.
Putin əlavə edib ki, AİB-in inteqrasiya mexanizmlərinin gücləndirilməsi və beynəlxalq nüfuzunun artırılması istiqamətində işlər davam edir. Birlik bütün maraqlı xarici tərəfdaşlarla əməkdaşlığa açıqdır və Avrasiya, Afrika, Latın Amerikası ölkələri ilə qarşılıqlı faydalı əlaqələr genişlənməkdədir.
İslam
Milli.Az