Şou-biznes

Şəbnəm Tovuzlunu “dollar yağışı”na tutan ailə narkotacir imiş - VİDEO

25 İyun 2025 23:12
Baxış: 959
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir neçə gün əvvəl sosial şəbəkələrdə müğənni Şəbnəm Tovuzlunun Gürcüstanın Qardabani rayonunun Soğanlı kəndində keçirilən toy mərasimində "dollar yağışı"na tutulması ilə bağlı görüntülər yayılıb.

Milli.Az Gununsesi.info-ya istinadən xəbər verir ki, Şəbnəm Tovuzunu "dollar yağışı"na tutan həmin ailə, Ofeliya və "Luka" ləqəbli oğlu narkotik alverçisi imiş.

Gürcüstanını Daxili İşlər Nazirliyinin (DİN) keçirdiyi əməliyyat nəticəsində həmin ailənin üzvləri saxlanılıblar.

Qeyd edək ki, təqdim etdiyimiz görüntülərdə əməliyyatın keçirildiyi evlə bir neçə gün əvvəl toy mərasiminin keçirildiyi həyətin eyni olduğu görünür.

Həmin mərasimdə müğənni Nəfəs də iştirak edib. Toyun gedişatı zamanı hər iki müğənniyə puldan əlavə qızıl-zinət əşyaları da hədiyyə edilib.

Xatırladaq ki, Gürcüstanda yaşayan azərbaycanlılar da bu faktı təsdiqləyiblər.

Həmin görüntüləri təqdim edirik:
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.