Şou-biznes

"Musiqiçiyə yox, omba qoydurub, əxlaqsızlıq edənlərə hörmət qoyurlar"

13 Noyabr 2025 20:33
Baxış: 391
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Övladlarınızı musiqiyə qoymayın. Qoymayın bu sənəti öyrənsinlər. Öyrənsələr də toylara qoymayın getsinlər. Ansambl, orkest və musiqi məktəblərində çalışsınlar".

Milli.Az xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu deyib. Musiqiçi valideynlərə səslənib. O, bildirib ki, övladlarını musiqidən uzaq tutsunlar:

"Çünki musiqiçilərə hörmət yoxdur. İndi hörmət omba qoyduran, əxlaqsızlıq edən qadınlaradır. Onlara hörmət edir, orada yox, burada otur deyirlər. Az qalır musiqiçilərə desinlər ki, burada oturmaq olmaz. Biabırçılıqdır. Qoyun uşaqlarınız elm, başqa sənət öyrənsinlər. Hər gün bir şey öyrənirəm. Yaxşı ki, Bakı kəndləri və ziyalı insanlar var. Onlar musiqiyə hörmət qoyurlar". (axşam.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.