"Bu qidaları yeyənlərin dərman atmağa ehtiyacı olmur"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Həkim qaraciyər xəstələri üçün ideal səhər yeməyi və nahar menyusunu açıqlayıb.
Milli.Az xəbər verir ki, rusiyalı dietoloq-hepatoloq Nuriya Dianova qaraciyər xəstəliklərindən əziyyət çəkən şəxslərə düzgün qidalanma ilə bağlı tövsiyələr verib.
Həkimin sözlərinə görə, qaraciyər xəstələri üçün yüngül, zülal və tərəvəzlərlə zəngin səhər yeməyi vacibdir.
"Səhər yeməyinə yaşıl lobyalı omlet hazırlamaq olar. Lobyaları bir qədər bişirib yumurta və süd qarışığı ilə sobaya qoymaq kifayətdir. Beləcə yemək həm dadlı, həm də lif baxımından faydalı olur. Omletin yanında buğda çörəyi vermək olar. Bu, ənənəvi çörək-yağ səhər yeməyinin sağlam variantıdır", - deyə Dianova bildirib.
Mütəxəssis vurğulayıb ki, bitki mənşəli yağlar qaraciyərin vəziyyətini yaxşılaşdırır, öd axınının normallaşmasına kömək edir və piylənmənin qarşısını alır. "Gündə ən azı bir çay qaşığı bitki yağı qəbul etmək lazımdır. Yağı sıyığa, salata və ya qarnira əlavə etmək olar" - deyə həkim qeyd edib.
Dianova həmçinin naharda bitki əsaslı yeməklərə üstünlük verməyi tövsiyə edib. "Məsələn, bitki mənşəli "ət"dən hazırlanmış kotletləri arpa və balqabaqla birlikdə yemək olar. Axşam yeməyinə isə toyuq və ya hinduşka ciyəri bişirib, bol yaşıl göyərti ilə birlikdə təqdim etmək məqsədəuyğundur", - deyə o əlavə edib.
Həkim bildirib ki, qırmızı ətin azaldılması və bitki əsaslı məhsullara keçid qaraciyərin yüklənməsini azaldır. "Pasiyentlərimə izah edirəm ki, belə qidalanma onlara bahalı qaraciyər dərmanlarına daha az ehtiyac duymağa kömək edir. Müasir bitki mənşəli məhsullar zülal, lif və vitaminlərlə zəngindir. Məhz zülal çatışmazlığı qaraciyər xəstələrində ən çox rast gəlinən problemdir" - deyə Dianova vurğulayıb.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır
-
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
-
Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)
-
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
-
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa...
-
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
XƏBƏR LENTİ
-
Qazaxıstanda dövlət çevrilişinə cəhd - 10 nəfər saxlanılıb - (Foto)
-
Pezeşkian: Ali Rəhbər ABŞ ilə bağlı hökumətə səlahiyyət verib
-
Elgün Nurulla işindən ayrıldı
-
“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
-
"Bu, ölülərin, şeytanın bayramıdır" - Nadir Qafarzadə
-
Siyasi varislik, yoxsa milli xəyanət?
-
DİM-in şəxsi kabinetindən istifadə edənlərə vacib xəbərdarlıq
-
Həvva Yambulatova qəfil vəfat etdi
-
ADY fotomüsabiqə elan edib
-
“Mədəniyyət rüzgarı” layihəsi Qubada ustad dərsləri ilə yekunlaşıb - (Foto)
-
Bu yolda hərəkət məhdudlaşdırılacaq
-
Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin qarşısı alındı
-
Azərbaycanda 14 yaşlı qız hamilə qaldı - Əsgər saxlanıldı
-
Tbilisidə piyada körpüsündə güclü yanğın söndürüldü - (Yenilənib)
-
Angela Merkel yenidən hakimiyyətə qayıdır?
-
Nazirin yeni müşaviri kimdir? - Dosye
-
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müşavir təyin olunub
-
Rəşad İlyasov Faiq Ağayevi tənqid etdi
-
İki baxış, bir üfüq: Bakıda Latviyadan olan rəssamların sərgisi açılıb - (Foto)
-
Çağırışçılar hərbi xidmətdən yayınmaq üçün özlərinə xəsarət yetirirlər - 5 cinayət işi açıldı
-
Batrakovun transfer qiyməti açıqlandı
-
Azərbaycanda axtarılan şəxs Monteneqroda tutuldu - Ekstradisiya olunacaq
-
Azərbaycan mətbuatından oğurlanan pullar
-
HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu - (Foto)





