Lerik rayonunun kənd məktəblərində fəaliyyət göstərən iki müəllim sertifikasiya imtahanında uğurla iştirak edərək yüksək nəticələr göstəriblər.
Milli.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, rayonun Elxan Qurbanov adına Lərmərud kənd tam orta məktəbinin 68 yaşlı Riyaziyyat müəllimi Əfrəddin Abdullayev imtahanda mümkün 60 baldan 56 bal toplayıb.
Həmçinin, rayonun Əhəd Rzayev adına Orand kənd tam orta məktəbinin 67 yaşlı Fizika müəllimi Müqabil Rəhimov sertifikasiya imtahanında yüksək nəticə ilə 51 bal toplayıb.
Qeyd edək ki, təhsilverənlərin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə keçirilən test imtahanı mərhələsi 18-20, 24 və 25 iyun tarixlərində Naxçıvan şəhəri də daxil olmaqla, ölkənin 19 müxtəlif şəhərində yerləşən 39 imtahan mərkəzində təşkil olunur.
Milli.Az