Şou-biznes

"Komissiya gələndə görürdü iki ədəd cırıq ayaqqabı asılıb"

4 May 2025 00:14
Baxış: 682
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Afaq Bəşirqızı məktəb illərindən danışıb.

Milli.Az xəbər verir ki, aktrisa atası, SSR Xalq artisti Bəşir Səfəroğlunun vəfatını xatırlayaraq, bunları deyib:

"Sənə məktəb illərindən elə şeylərdən danışaram ki, tüklərin biz-biz durar. Çox dəcəl olmuşam. 1969-cu ilin martına qədər. Sonra daha yox... Yorulmuşdum Lütfəli müəllimin ayaqqabılarını oynatmaqdan. Ayağında şiş var idi. Gələn kimi qəzeti salıb, ayağını ora qoyurdu, ayaqqabısını da çıxarırdı. Mən də ayaqqabını çəkirdim özümə tərəf, gedib asırdım birini o taydan, birini bu taydan. Məktəbə komissiya gələndə görürdü iki ədəd cırıq ayaqqabı asılıb. 1969-cu ildə atam öldü və dəcəlliyimə son qoyuldu". (Axşam.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.