Dünya

Şahzadə məhkəməni uduzdu

3 May 2025 21:13
Baxış: 601
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniya kralı III Çarlzın kiçik oğlu şahzadə Harri kral ailəsinin üzvü postunu tərk etdikdən sonra polis himayəsindən məhrum edilməsinə etiraz edib, lakin məhkəmədə uduzub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, müvafiq iş üzrə qərarı İngiltərə və Uels Apellyasiya Məhkəməsi elan edib.

İndi Şahzadə Harrinin iddiasını qanuni şəkildə sübut etməyə çalışmasının yeganə yolu Ali Məhkəməyə müraciət etməkdir.

Xatırladaq ki, şahzadə Harri və onun amerikalı həyat yoldaşı Meqan Markl 31 mart 2020-ci ildə Britaniya kral ailəsinin üzvü titulundan imtina ediblər. Onlar ABŞ-yə köçüb, Kaliforniya ştatının Santa Barbara şəhərində ev alıblar.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.