Sağlamlıq

Ölümdən başqa hər dərdin dərmanı: Bir stəkan bəs edir

4 May 2025 22:47
Baxış: 587
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Min illərdir Yaxın Şərqdən Asiyaya qədər şəfa axtaranların sevimlisi olan bu təbii içki orqanizmi, həzmi tənzimləyir və immunitet sistemini gücləndirir. Üstəlik, yalnız bir stəkan öz təsirini göstərir. 

Milli.Az-ın xarici mediaya istinadla xəbərinə görə, təbii müalicə üsulları ilə maraqlananların tez-tez istifadə etdiyi bu içki bian kökündən əldə edilən ekstrakt sayəsində bir çox sağlamlıq problemlərindən qorunma rolunu oynayır. Xüsusilə Ramazan ayında sakitləşdirici xüsusiyyəti ilə seçilən bu içki mədə problemləri, boğaz ağrısı, öskürək və iltihaba qarşı dəstəkləyici təsiri ilə də tanınır. 

Antioksidantla zəngin tərkibi sayəsində qaraciyəri təmizləməyə kömək edir və immunitet sistemini gücləndirir. Sakitləşdirici təsiri ilə stressi azaldan bu bitki mənşəli şəfa qaynağı yüksək təzyiqli xəstələrin ehtiyatla istifadə etməsi lazım olan bir tərkibə malikdir. 

Necə istifadə etməli? 

Bitki mənşəli bitkilərdən qurudulmuş formada (kök və ya toz) əldə edilə bilən bu məhsul qaynadılır və içilir. Gündə bir stəkan içmək bədənin təbii tarazlığını təmin etmək üçün kifayətdir.

Təbiətin təqdim etdiyi bu möcüzəvi içkini həyatınıza qatmaqla həm orqanizminizi, həm də ruhunuzu təmizləyə bilərsiniz. /lent.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.