İdman

“Qarabağ”dan inamlı qələbə

4 May 2025 21:46
Baxış: 371
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Azərbaycan Premyer Liqasının 33-cü turunda növbəti oyun baş tutub.

Milli.Az xəbər verir ki, çempionluğu təmin edən "Qarabağ" "Sumqayıt"ı qəbul edib.

İzləyicisi "Zirə" ilə xal fərqinin azalmasını istəməyən ağdamlılar matça əsas heyətlə çıxıb. "Sumqayıt" ilk hissədə rəqibinə layiqli müqavimət göstərsə də, fasilədən sonra təzyiqi artıran meydan sahibləri istəyinə çatıb.

Yarım illik fasilədən sonra "Azersun Arena"ya qayıdan "Qarabağ" usta oyunçularının dəqiq zərbələri sayəsində inamlı qələbə qazanıb.

Azərbaycan Premyer Liqası

33-cü tur

"Qarabağ" - "Sumqayıt" 2:0

Qollar: Yassin Benzia, 59. Kadi Borqes, 82.

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.

VAR: Nicat İsmayıllı, Namiq Hüseynov.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.