Moskvanın cənub-qərbində yaşayış binasında baş vermiş partlayış nəticəsində iki nəfər ölüb.
Milli.Az xəbər verir ki, hüquq-mühafizə orqanları ən az iki nəfərin öldüyünü açıqlayıb.
Bildirilib ki, partlayış güclü yanğına səbəb olub. İlkin məlumata görə, 10-dan çox insan xəsarət alıb. Hadisə yerinə bir neçə təcili yardım briqadası göndərilib.
Milli.Az