Türkiyə

Uşaqlarının ikisini öldürüb, birini yaralayıbmış - FOTO

5 May 2025 02:02
Baxış: 461
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özələ edilən hücumla bağlı yeni detallar ortaya çıxıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Özəl TBMM-in sədr müavini və DEM Partiyasının İstanbul Millət vəkili Sırrı Süreyya Öndərin vəfatı ilə bağlı təşkil edilən tədbirdən çıxarkən zorakılığa uğrayıb.

İlkin məlumata görə, hücumda təqsirləndirilən 66 yaşlı Səlcuq.T-nin psixi sağlamlıqla bağlı heç problemi olmayıb.

Dindirilmə zamanı şübhəlinin 2004-cü il mayın 9-da 15 yaşlı qızı ilə 17 yaşlı oğlunu qətlə yetirdiyi, 11 yaşındakı digər qızını yaraladığı üçün ömürlük həbs cəzasına məhkum edildiyi müəyyən edilib.

Bəlli olub ki, ölkə Cinayət Məcəlləsində baş verən dəyişikliklər səbəbilə həmin şəxsə 2020-ci ildə şərti azadlıq verilib.

Şübhəlinin heç bir siyasi partiya və ya təşkilatla əlaqəsinin olmadığı aydın olub.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.