Hadisə

Azərbaycanda təhlükəli canlılar peyda oldu - 60 ailə təhlükədə - VİDEO

4 May 2025 00:49
Baxış: 1 074
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sakinlər yaşadıqları binada ilanların olduğunu bildirirlər.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, iddialara görə, gürzə ilanı binadan çıxan qadına hücum edib və məhv edilib.

Mingəçevir şəhəri M. Ə. Sabir küçəsi 3 ünvanında yaşan sakinlərin sözlərinə görə, ilk dəfə belə halla rastlaşsalar da azyaşlı uşaqlarına görə narahatdılar. Çünkü həyətə çıxan zaman sürünənlər onlara zərər yetirə bilər.

Şikayətçilər sürünənlərin binaya daha çox yaxınlıqdakı sahibsiz evlərdən, məhlələrdən gəldiyini deyirlər. İlanların qarajların görünməyən yerlərində yumurta qoyaraq artdığı da iddia edilir.

Mingəçevir Dezinfeksiya Stansiyasından "Xəzər Xəbər"ə bildirildi ki, vətəndaşlar tərəfindən onlara müraciət edilib. Amma həmin işlər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən həyata keçirilməlidir. Sözügedən qurumdan isə sakinlərin müraciətindən sonra dərmanlama işlərinin görüldüyü bildirildi.

Daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.