00:04
Xəbər verildiyi kimi, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində açıq sahədə yanğın baş verib.
Milli.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın ətraf ərazilərə, o cümlədəm yaşayış evlərinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
-----------
Abşeronda güclü yanğın başlayıb.
Milli.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Masazır qəsəbəsi ərazisində baş verib.
Yanğın qısa müddətdə onlarla hektar ərazini əhatə etməyə başlayıb, miqyası genişlənməkdədir.
Hadisə ilə əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Milli.Az