Ölkə

Su Təchizatı Xidmətinin nümayəndələri ilə Səbail sakinlərinin görüşü keçirilib - FOTO

4 İyul 2025 11:14
Baxış: 433
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin müvafiq şöbələrinin məsul şəxslərinin iştirakı ilə "Səbail-14" MMMC-nin idarəçiliyində olan "Jurnalistlər binası"nın sakinləri ilə görüş keçirilib. Görüşdə "Səbail-15" MMMC-nin İdarə Heyətinin üzvləri də iştirak ediblər.

Milli.Az reyting.az-a istinadən xəbər verir ki, görüş zamanı Səbail rayonu ərazisində yerləşən bina sakinlərinin Su Təchizatı Xidmətinə ünvanladıqları müraciətin məzmunu müzakirə olunub, onların su təchizatı ilə bağlı irəli sürdükləri məsələlərə ümumi şəkildə aydınlıq gətirilib. Əraziyə baxış keçirilib və real vəziyyətin qiymətləndirilməsi üçün arayış hazırlanması qərara alınıb.

İlkin mərhələdə vəziyyətin təhlili aparılacaq, daha sonra isə hər iki binanın su təchizatı sistemlərinin idarə olunması imkanları texniki və hüquqi aspektlərdən araşdırılacaq. Növbəti mərhələdə bu istiqamətdə konkret addımların atılması nəzərdə tutulur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.