Ölkə

Bakıda küçələrdə "kahinlər" peyda olub - İnsanları terapiya edirlər - VİDEO

4 İyul 2025 11:28
Baxış: 1 756
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının mərkəzi küçələrində xüsusi geyimli "kahinlər" peyda olub.

Milli.Az xəbər verir ki, özünəməxsus geyimdə Bakı küçələrində dolaşan bu şəxslər insanlara yaxınlaşırlar.

Onlar rastlaşdıqları adamların əvvəlcə əllərindən tutur, hansısa naməlum bir neçə hərəkət edir və bu yolla onu terapiya etdiyini bildirir.

Daha sonra isə adətən həmin şəxslərə qolbaq verir və qarşılığında pul istəyirlər.

Vətəndaşların sözlərinə görə, əvvəl anlamasalar da, sonrada bunun pul almaq üçün bir kələk olduğunu başa düşüblər. Bəzi vətəndaşların sözlərinə görə, sözgedən "kahinlər" bir neçə müddətdir ki, Bakının mərkəzi hissəsində dolaşaraq bu yolla insanlardan pul almağa çalışırlar. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.